Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkiliatı olaraq öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahə üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumrespublika birliyidir.
İttifaq 10 iyun 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 186 nömrə ilə dövlət qeydiyyatına alınmış və fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Həmkarlar İttifaqları haqqında” Qanun, aidiyyəti qanunvericilik aktları, Nizamnamə, Elm və Təhsil Nazirliyi ilə bağlanan ikiillik Kollektiv Saziş və Məclis qərarlarına əsasən həyata keçirir.
İttifaq ölkənin bütün bölgələrində fəaliyyət göstərən 5700-dən çox ilk həmkarlar ittifaqı təşkilatını və 400 minə yaxın üzvü özündə birləşdirir.İttifaq ümumdünya həmkarlar ittifaqları hərəkatının üzvüdür, beynəlxalq və xarici təhsil ittifaqları ilə əməkdaşlıq edərək qabaqcıl təcrübəni tətbiq edir.
Ümumi müraciət sayı
164Aylıq giriş sayı
10881Günlük giriş sayı
334Tarix
Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir.
Struktur
Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının strukturu təhsil müəssisələrində fəaliyyət göstərən ilk təşkilat komitələri, rayon (şəhər) komitələri, həmçinin Respublika Komitəsi səviyyəsində təşkilatlanmış olub, vahid mərkəzdən idarə olunan və qarşılıqlı əlaqə əsasında fəaliyyət göstərən çoxpilləli bir sistemdən ibarətdir.
İstirahət mərkəzləri
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeliyində olan, Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən və ərazisi 10 hektar olan “Təhsil” istirahət mərkəzi 11 ildən artıqdır ki, müəllimlərin istifadəsindədir və hər il minlərlə təhsil işçisini qəbul edərək eyni anda 800-dən çox qonağın rahat istirahəti üçün hər cür şərait yaradır.
Üzv təşkilatlar
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 5722 ilk təşkilatda 400 000-ə yaxın ittifaq üzvünü birləşdirir. Bu təşkilatlarda ödənişli əsaslarla çalışan aparat işçilərinin sayı: 408 nəfər
ATİAHİ-nin normativ-metodiki sənədləri, tövsiyələri
ATİAHİ Respublika Komitəsinin Reqlamenti, ATİAHİ orqanlarında hesabat-seçkilərin keçirilməsi qaydası haqqında təlimat, ATİAHİ-yə üzv təşkilatlarda kargüzarlığın aparılmasına dair təlimat.
Beynəlxalq təşkilatlarla əlaqələr
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Əməkdaşlıq çərçivəsində bəzi ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədi ilə iki tərəfli əlaqələr qurur, eyni zamanda bir sıra beynəlxalq həmkarlar ittifaqlarının tam hüquqlu üzvüdür.

Şəhidlərimizi QÜRURLA ANIRIQ!

Heç bir video tapılmadı.